Haqqımızda

HAQQIMIZDA

Başkent Restoran və Şirniyyat Evi şəbəkəsi 2003'cü ildən fəaliyyət göstərməkdədir. Bakı şəhərində 1 satış mərkəzi ilə işə başlayan şirkətimiz, hazırda Bakı şəhərində 4 satış mərkəzi, 2 restoran, Gəncə şəhərində 1 restoran ilə sakinlərin və şəhərə gələn qonaqların xidmətindədir.. Adından da məlum olduğu kimi, un məmulatlarının satışı və restorançılıq Başkentin fəaliyyət sahəsinə aiddir. İstər Un Məmulatları mağazalarımızda istərsə də Restoranımızda siz çox təmiz və halal məhsullar əldə edib, istədiyiniz təamı sifariş verə bilərsiniz. Bir sözlə, ailənizin və sizin qida təhlükəsizliyinizə biz cavabdehik. Çünki Başkent Restoran və Şirniyyat Evi şəbəkəsi yalnız halal qidanın ünvanıdır.

Keyfiyyətin və halal məhsulların paytaxtı Başkent Restoran və Şirniyyat Evi şəbəkəsinin digərlərindən fərqi:
– Yalnız bizdə – arzu etdiyiniz menyunu sizə özəl tərzdə təqdim edirik.
– Satışda olan bütün qidalar yüksək keyfiyyətli məhsullardan hazırlanır və sizlərə təqdim edilir.
– Mağaza ve Restoranımızdakı personalımız gülərüz və disiplini ilə seçilir.
– Personalımız hər zaman müştərilərin haqlı mövqeyini müdafiə edir.
– Sifariş edilən yeməklər isti, içkilər isə soyuq şəkildə süfrənizə gətirilir.
– Qida məhsullarının saxlanıldığı yer gigyenik və son dərəcə təmizdir.
– Başkent Restoran və Şirniyyat Evi şəbəkəsinə daxil olduğunuz ilk andan gülərüz personalımız sizi qarşılayır və istirahətiniz üçün bütün imkanları səfərbər edir.
– Müştərilərimiz istənilən vaxt mətbəxə daxil olub məhsulların hazırlanma şəraiti ilə fərdi şəkildə tanış ola bilərlər.
– Restoranlarımızda hər zaman yeniliyə önəm verilir və müəyyən dekorativ dəyişikliklərin edilməsi prosesi müntəzəm olaraq aparılır.
– Başkent Restoran və Şirniyyat Evi şəbəkəsinin bütün məkanlarında pulsuz Wi-Fi zonası müştərilərimizin ixtiyarına verilmişdir.

Əziz paytaxt sakinləri və şəhərimizin qonaqları. Başkent Restoran və Şirniyyat Evi şəbəkəsi sizin şikayətlərinizi, iradlarınızı, təkliflərinizi göndərməyiniz üçün yeni bir imkan yaradır. Bunun üçün www.bashkent.az saytından əlaqə bölməsinə daxil olub öz təkliflərinizi, iradlarınızı bizə göndərə bilərsiniz. Sizin şikayətiniz restoran rəhbərliyi tərəfindən ən kiçik detallarına qədər araşdırılacaq.

Məqsədimiz ağız dadınıza xitab etmək və sizin istirahətinizi ən yüksək səviyyədə təşkil etməkdir.



Şöbələrimiz

Memər Əcəmİ Şöbəsİ
Bakı Şəhəri,Nəsimi rayonu,3-cü mikrorayon dairəsi, Cavadxan 3005-ci məhəllə
+994 12 4317686
+994 55 3379737
28 MAY Şöbəsİ
Bakı Şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 79, 28 MALL-un yanı
+994 12 440 73 43
+ 994 55 450 1170
Gəncə Şöbəsİ
Gəncə şəhəri, Kəpəz rayonu, Şah İsmayıl Xətai pr.93 (Aura Park Alışveriş və əyləncə mərkəzi 5-ci mərtəbə)
+994 22 255 82 42
+994 55 3427942

Hello-Site.ru. Бесплатный конструктор сайтов.