blog
Sezar salatının marağlı tarixçəsi.
date 2022-08-24

 Sezar Cardini tərəfindən yaradılmıştır. Sezar Cardini, əslən Şimali italiyalı olub, 1916-cı ildə ABŞ-a köçmüştür. Əvvəlcə, o, Sakramento və San-Dieqoda restoran açsa da, qüvvədə olan alkoqollu içkilərin satılması və içilməsini qadağan edən “quru qanuna” görə Meksikaya köçməli olub. Beləliklə, Tihuanada “Caesar’s Place” restoranı açılıb. “Quru qanun”un ləğv edilməsindən sonra Kardini ABŞ-a qayıdıb və Los Angelesdə restoran açıb. Elə həmin vaxt Sezar Cardini özünün hazırladığı sousun satışına başlayıb. Əvvəlcə, o, həmin sousu yerli bazarda əldən satıb, daha sonra isə sous xüsusi qablaşdırmada satılmağa başlayır. Zamanla sous satışı Kardini ailəsini milyonçuya çevirir.

Salat 4 iyul 1924-cü ildə kəşf olunub. Həmin gün ABŞ Müstəqillik günündə Hollywood ulduzları bayramı qeyd etmək üçün Meksika sərhədini keçiblər. O zaman ABŞ ərazisində “quru qanun” var idi və alkoqollu içki sevənlər məcburən sərhədi keçməli və ya qeyri-qanuni yolla içki əldə edə bilərdilər.

Bir çox məşhur yeməklər kimi “Sezar” da “tez-bazar” hazırlanan bir salat olub. Deyilənə görə, Sezarın restoranında kifayət qədər içki olub, amma qonaqların sayı çox olduğundan yemək hamıya çatmayıb. Qonaqları yedizdirmək üçün restoran sahibi Romano salatı, qaynadılmış yumurta, pendir və qurudulmuş çörək dilimlərini qarışdırıb üzərinə zeytun yağı, limon suyu və vusterşir sousundan ibarət qarışığı tökərək salat hazırlayıb. Toyuq, krevet və ançouslar salatın tərkibinə sonradan əlavə olunub. Orijinal reseptə ançousların əlavə edilməsi ideyasını Sezarın qardaşı Aleks Kardiniyə aid edirlər.